• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron hökumətin yeni formatı hazırlanıb

Elektron hökumətin yeni formatı hazırlanıb
04.12.2014 16:53
Azərbaycan mobil "elektron hökumət” platformasına keçidə hazırlaşır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda keçirilən "Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda bildirib.

Nazirin sözlərinə görə, söhbət vətəndaşın mobil proqram vasitəsilə mobil qurğulardan istifadə etməklə əldə edə biləcəyi xidmətlərin açılmasından gedir: "Bu gün artıq bir sıra xidmətlər mobil platformadan istifadə etməklə göstərilir. Və birinci plana e-Gov3.0 kimi anlayışlar çıxır. Onun əsas məqsədi və vəzifəsi əhali və işgüzar dairələr üçün hökumətin elektron xidmətlərinin daha geniş imkanlar açmasıdır. Yəni söhbət ondan gedir ki, hər bir vətəndaş, yaxud şirkət elektron hökumət xidmətlərini müstəqil şəkildə formalaşdıra və müəyyən mənada kommersiya əsasında həmin xidmətləri göstərə bilər".

Bu, öz növbəsində, elektron xidmətlərin kütləvi şəkildə yayılmasına kömək edir.

Abbasovun sözlərinə görə, gündəlikdə "SmartGov” adlanan platforfmanın tətbiqi məsələsi də dayanır. Bu platforma idarəetmənin mərkəzi hakimiyyətdən əhaliyə yerdəyişməsi prinsipini nəzərdə tutur. Yəni əhali dövlət idarəçiliyi sistemində iştirak edəcək və bu planda nazirlik elektron hökumətin yeni formatına e-Gov.3.0-a keçilməsini elan etməyə hazırdır.

Nazir rəqəmli imza istifadəçilərinin sayının dinamik artımını da qeyd edib. Bu günədək nazirliyin Sertifikatlaşdırma Mərkəzində təxminən 30 min e-imza verilib. Bundan başqa, ölkənin Vergilər Nazirliyinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən 60 min e-imza sertifikatı verilib: "Hazırda bu prosesə Azərbaycan Mərkəzi Bankı da qoşulub".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol