• $
  • €
  • ₽
  • ₺
  • £

Rublun ucuzlaşması “Niva”ların Azərbaycana gətirilməsini çoxaldıb

Rublun ucuzlaşması “Niva”ların Azərbaycana gətirilməsini çoxaldıb
22.12.2014 21:03
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ardınca Rusiya rublunun kəskin surətdə dəyərini itirməsi Azərbaycan əhalisində manatın məzənnəsi, eləcə də güzəranla bağlı müəyyən narahatlıqlar yaradıb. Maşın biznesi ilə məşğul olanlar isə Rusiya iqtisadiyyatının zəifləməsindən istifadə edə biləcəklərini düşünürlər.
 
Həmçinin belə söhbətlər də gəzir ki, Rusiyada baş verən son olaylardan sonra Azərbaycanın maşın bazarında qiymətlərin enməsi baş verə bilər.
 
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Rusiyada baş verənlərin Azərbaycanın maşın bazarına təsirindən danışan ekspert Ramil Osmanlı açıqlamasında Rusiyada yaşanan hadisələrdən istifadə edib Azərbaycana maşın gətirənlərin olduğunu deyib.

"Rusiyada avtomobillərin qiymətinin azalması faktı var və bu tendensiya sürətlə dərinləşir. Hətta bəzi şəxslər bu vəziyyətdən istifadə edib, qazanc məqsədilə ölkəyə Rusiyadan avtomobil gətirirlər. Bu, daha çox Rusiya istehsalı olan "Niva” və "Lada Priora” markalarında özünü göstərir. Bundan başqa, Rusiyada populyar olan bəzi xarici markaların da "Avro 4” standartlarına cavab verən modellərinin az sayda gətirilməsi müşahidə olunur. Amma bu hadisələr Azərbaycan bazarında avtomobil qiymətlərinin azalmasına təsir göstərmir. Anoloji avtomobillər və bütövlükdə bütün markalar üzrə qiymətlər stabildir”.

Ramil Osmanlının sözlərinə görə, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycana təsir etməyəcək.

"Soruşsanız "gələcəkdə təsir edə bilərmi?”,  cavab olaraq deyim ki, buna böhranın Azərbaycan iqtisadiyyatına təsir göstərməsi səbəb ola bilər. Amma müşahidələr göstərir ki, mövcud iqtisadi böhran daha çox Rusiya iqtisadiyyatında və bazarlarında baş verir. Bu prosesin bizə təsir edəcəyini düşünmürəm”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol