• $
  • €
  • ₽
  • ₺
  • £

Öz özünü məhv edəcək ağıllı telefonlar gəlir

Öz özünü məhv edəcək ağıllı telefonlar gəlir
24.12.2014 23:51
ANN.Az xəbər verir ki, hər hansı bir təhlükə anı olarsa, yaxud sahibindən başqa birisi telefona müdaxilə edərsə, bu zaman ağıllı telefon yaddaşında saxladığı bütün şəxsi məlumatları mıhv edəcək

Həyatımıza bir andaca girib onu dəyişdirməyə müvəffəq olan ağıllı telefonlar şəxsi məlumatlarımızı və şəxsi həyatımızın bir hissəsini özündə daşıması artıq bir həqiqətdir. Amma bəzən həmin sirrlər kimlər tərəfindənsə, elə ələ keçirilir ki, ruhumuz belə incimir.

Həm şəxsi, həm də iş sənədlərimizi yaddaşında saxlayan ağıllı telefonlarımızın təhlükəsizliyi və içərisində olan sənədlərin ələ keçirilməməsi üçün elm adamları bir çox tədbirlərə əl atırlar. Müxtəlif ekran və fayl kilidləri, açar qoymaq və s. Amma bəzən sirrin qorunması üçün bunlar da yetərli olmur.
 
Ağıllı telefon istehsalçısı "Blackberry" və uçuş-təhlükəsizlik texnologiyaları firması olan "Boeing" getdikcə artan bu problemlə bağlı müştərək həll yolunu tapmaq üçün əməkdaşlığa başlayıb. Əslində "Boeing"in bir müddət əvvəl "Black" adlı ağıllı telefon üzərində iş apardığı bəlli idi, ancaq bu telefona dair hər hansı bir məlumat dünya ictimaiyyətinə dəqiq məlum deyil.
 
"Boeing" və "Blackberry"nin birgə layihəsi olan "Black" ağıllı telefonla bağlı işlərin sona çatdırıldığı deyilir. Məsələ ilə əlaqədar "Blackberry"nin icraçı direktoru Con Chen-in verdiyi açıqlamadan bəlli olub ki, sözügedən ağıllı telefonun ən gözəçarpan xüsusiyyəti onun özünü məhv etmə qabiliyyətinə malik olmasıdır. Eyni zamanda donan şifrələmə texnologiyasına sahib olacaq telefonun qapağı zorla açılarsa, ya da qırılmağa çalışılarsa, içərisində olan bütün məlumatlar avtomatik silinərək başqalarının əlinə keçməsinin qarşısı alınacaq.
 
Firmanın verdiyi açıqlamada qeyd olunub ki, bu ağıllı telefonlar əsasən dövlət qurumlarında, gizli xidmətdə çalışan insanlar üçün nəzərdə tutulub. Amma indidən görünür ki, bu telefonlara maraq daha çox olacaq. Telefonların bazara çıxış tarixi və qiyməti hələ açıqlanmayıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol