Avro dollara nisbətdə düşür

Avronun dollara nisbətdə məzənnəsi 1,205 dollar olub
Avronun ABŞ dollarına nisbətdə məzənnəsi son 2 il ərzində ən aşağı həddə düşüb.
Yanvarın 2-də Asiya ölkələrində avronun dollara nisbətdə məzənnəsi 1,205 dollar olub.
Eyni zamanda dolların bir sıra əsas valyutalara nisbətdə məzənnəsi qalxıb.
Mütəxəssislərin fikrincə bu Avropa Mərkəzi Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün ayın sonunda dövlət istiqrazlarını almaq istəməsi ilə bağlıdır.
Neftin qiyməti isə yeni ildə Asiya birjasında bir qədər qalxıb.
Brend markalı neftin bareli 12 sent qalxaraq, 57,45 sent olub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























