• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “3D Print Konfrans” keçiriləcək

Bakıda “3D Print Konfrans” keçiriləcək
10.01.2015 10:32
Bu ilin fevralın 12-də Bakıda üçölçülü çap üzrə (3D Print Conference) konfrans keçiriləcək. "Park Inn by Radisson” otelində reallaşacaq tədbirdə texnologiyanın bu sahəsi üzrə ən son nailiyyətləri nümayiş olunmaqla yanaşı,  "3D Print” üzrə gözləntilər və gələcək inkişaf istiqamətlərindən söz açılacaq.
 
Bu barədə məlumat verən İKT üzrə ekspert Orxan Əhmədov bildirib ki, "Smile-Expo” şirkəti tərəfindən təqdim olunan "3D Print” seriyalı tədbirlər artıq Almatıda, Kiyevdə, həmçinin Moskvada da keçirildi, orada iki  böyük 3D-çap sərgisi keçirilib və onun növbəti təyinat nöqtəsi Bakı olacaq: "Bakı – fəaliyyətinin müxtəlif sahələrində yenilik üçün ən perspektivli şəhərlərdən biridir. Azərbaycanın paytaxtında sürətlə yüksək texnologiyaların istehsalı artır, ixtisaslaşdırılmış elmi tədqiqat mərkəzləri yaradılır və elmi fəaliyyətləri stimullaşdıran təbdirlər həyata keçirilir. Bu hadisələrdən biri  2014-cü ildə ən sürətlə inkişaf edən 3D-çap yeni texnologiyasına  həsr olunmuş konfrans olacaq. Əsas tətbiq dairəsi isə memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, yemək, əyləncədir. Qeyd edim ki, burada zamanla ayaqlaşmaq istəyən və öz məhsullarını təkmilləşdirmək istiqamətində düşünən hər kəs  konfransa qoşula bilər”.
 
O.Əhmədov bildirib ki, sözügedən tədbir "3D print” sahəsindəki beynəlxalq təcrübənin bölüşdürülməsi, öyrənilməsi  baxımından çox əhəmiyyətə malikdir. Onun sözlərinə görə, konfransda sənaye liderləri, Rusiyanın, Azərbaycanın, Türkiyənin, Avropanın və ABŞ-ın iştirakçıları müxtəlif çap texnikasını nümayiş etdirəcəklər, onların tətbiqi haqqında ətraflı danışacaqlar və ustad dərsləri keçirəcəklər: "Beynəlxalq səviyyədə təcrübə mübadiləsi – tədbirin mühüm hissəsidir. "3D Print Conference” üç dildə keçiriləcək (rus, Azərbaycan və ingilis dili).
 
Tədbirdə iştirak etmək üçün qeydiyyat və biletləri bu link (http://3dprint.az/az/qeydiyyat ) vasitəsi ilə əldə etmək olar.//İctnews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol