• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda ticarət yenidən bərpa olunur

Metroda ticarət yenidən bərpa olunur
23.01.2015 11:00
Bakı metrosunun ərazisində sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayev sözlərinə görə, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: "Lakin bunlar əvvəllər olduğu kimi, keçidlərdə ticarət obyektinin işləyəcəyi anlamına gəlməməlidir. Hazırda "Koroğlu” və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab və ya aptek fəaliyyət göstərə bilər. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işinin icra edirik”.

Qurum rəsmisi əlavə edib ki, "Koroğlu” metro stansiyasının çıxışında da bir ticarət obyektinin fəaliyyətə başlaması nəzərdə tutulub. İlkin versiyaya görə, burada kitab ticarəti ilə məşğul olmağa icazə veriləcək.

Mətbuat xidmətinin rəisi qeyd edib ki, metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilərsə, bununla bağlı müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol