• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün daha 15 neftçi işdən çıxarıldı

Bu gün daha 15 neftçi işdən çıxarıldı
31.01.2015 00:06
ASCO xarici neft şirkəti bu gün daha 15 əməkdaşını işdən kənarlaşdırıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatıb: "İşçilərlə bir illik əmək müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, şirkət ötən il əmək müqaviləsinin müddətinin uzadılacağını bildirmişdi. İşdən çıxanlara kompensasiya verilmir”.

M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlar təşkilata müraciət ediblər: "Neftçilər bildirir ki, 2013-cü ildə ASCO sirkətində işə qəbul olunublar. Bəziləri dənizdə çalışıb. Yanvarın 30-da da işdən çıxarılıblar”.

İşçilər işə qəbul olunurkən əmək müqavilələrinin hər il uzadılacağına dair vəd verildiyini iddia edirlər: "Onlar  "BP-Azerbaijan” şirkətinin platformada yeni açılmış işində çalışdırılmalı idilər. Ancaq bir ildən sonra həmin iş yerləri ləğv olunub”.

Təşkilat sədri Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə” institutunda da işçilərlə 3 aylıq müvəqqəti müqavilə bağlandığı ilə bağlı müraciətlərin daxil olduğunu dedi: "Bu fakt "Bahar Energy” şirkətində də qeydə alınıb. Müvəqqəti əmək müqavilələri işdən çıxarmalar üçün bəhanədir”.
 
ANN.Az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol