• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni avtobuslar gəlir

Yeni avtobuslar gəlir
03.02.2015 16:17
"Şəhərdəki qəsəbələr getdikcə genişlənir, avtobuslara tələbat çoxalır. Buna görə də həmin avtobusların marşrut dislokasiyasının dəyişdirilərək daha da genişləndirilməsi gözlənilir. Belə ki, həmin avtobusların marşrutunun 1-2 km daha uzadılması haqqında düşünülür".

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, ölkəyə gətirilən yeni avtobuslar şəhərdaxili marşrutlar üzrə hərəkət edəcək. "Köhnə avtobuslar isə şəhərətrafı marşrutlar üzrə işləyəcək".

O həmçinin bildirib ki, ilin sonunadək 300 avtobusun gətirilməsi nəzərdə tutulub. "Bunların 50-si artıq gəlib, qalan 250 avtobus isə ilin sonunadək gətiriləcək".

"Bu yaxınlarda Bakıya gətirilən 50 ədəd avtobus 61 və 65 saylı marşrutlar arasında paylanıb. Onların hər birinə 25 avtobus verilib. Həmin avtobusların hər cür rahatlığı var. İçərisində video kameralar quraşdırılıb, əlillər üçün yerlər nəzərdə tutulub, bundan başqa, onların tutumu da böyükdür. Sürücü ilə sərnişin arasında münaqişə yaranarsa və ya oğurluq, cibgirlik olarsa, belə halları araşdırmaq üçün müşahidə kameralarından istifadə etmək olar", - deyə Əmrah Cəfərov əlavə edib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol