• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı vağzalında yenilik

Bakı vağzalında yenilik
09.02.2015 16:07
Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri görülüb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Bu sözləri AzərTAc-a "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov iyunda keçirilməsi planlaşdırılan Avropa Oyunları ilə bağlı hazırlıq işlərindən danışarkən qeyd edib.

"Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi geyim formaları ilə təmin olunacaqlar”- deyə, o bildirib.

Sədr müavini turistlərin dəmir yolu biletini daha asan əldə etmələri üçün elektron bilet satışı xidmətlərinin genişləndirilməsi ilə bağlı həyata keçirilən məsələlərə də toxundu:

"Ölkə ərazisində bilet satışı kassalarda tam kompüterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb. "Qaynar xətt” şəbəkəsi yaradılıb, elektron ünvanlar müəyyən edilib. Eyni zamanda, sərnişin təsərrüfatına aid bütün məlumatlar saytda yerləşdirilib”.

Qurban Nəzirovun sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatlar quraşdırılıb, digər bilet kassalarında da analoji işlər aparılır:

"Bundan başqa, Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da post terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunub”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol