• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır

Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır
13.02.2015 10:46
Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, hərəkətin intensivliyinin artdığı bir dövrdə avtobus sürücüləri nəinki yol hərəkəti qaydalarını dəqiq yerinə yetirməli, eyni zamanda, hərəkətin digər iştirakçılarına, xüsusilə də sərnişinlərə, eləcə də piyadalara qarşı çox ehtiyatlı və diqqətli olmalıdırlar. Onlar yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş insanlara hər cür kömək və yardım göstərməlidirlər: "Bütün bu keyfiyyətlər sürücü mədəniyyətinin ən yaxşı göstəriciləridir. Sürücülük peşəsinin gözəlliyi nəqliyyatın rahat və təhlükəsiz idarə olunmasındadır. Hərəkətin təhlükəsizliyi isə sürücülərin peşə hazırlığı səviyyəsindən birbaşa asılıdır”.

Ə.Cəfərov qeyd edib ki, lakin belə sürücüləri tapmaq az qala müşkülə çevrilib: "Bu gün avtobusu idarə etmək üçün normal, həm sürücülük kateqoriyası, həm də mədəni davranış səviyyəsi baxımından tələblərə cavab verən sürücü tapmaq çətin bir işə çevrilib. Avtobusu sürücüsü işləmək əslində çox çətindir. Ona görə də bu məqsədlə avtobus sürücülərinin hazırlanması üçün kurslar açılıb”.

İdarə rəsmisi bildirib ki, hazırda avtobus sürücülərinin kadr bazası, həmin şəxslərin elektron məlumat sistemi yaradılır: "Bununla əlaqədar artıq 150 sürücü İdarənin Tədris-Kurs Kombinatında təhsillərini bitiriblər. Onların xeyli hissəsi DYP-də imtahan verərək müvafiq sürücülük vəsiqələri alıblar. Bundan sonra onlar artıq işə başlayacaqlar. Gələcəkdə bu iş davam etdiriləcək, onların sayı daha artırılacaq. Geniş avtobus sürücüsü bazası yarandıqdan sonra sürücülük məsuliyyətini hiss etməyən şəxsləri işdən azad edəcəyik”

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol