• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerspace-2” peykinin dizaynı hazırlanır

“Azerspace-2” peykinin dizaynı hazırlanır
18.02.2015 14:17
"Azərkosmos” ASC və "Intelsat” beynəlxalq peyk rabitəsi təşkilatı 45° şərq uzunluğu orbital mövqeyinə "Azerspace-2” peykinin qaldırılmasına dair razılığa gəlib.

Bu barədə Oxu.Az-a "Azərkosmos” dan məlumat verilib.

"Bununla da, Azərkosmos Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə etdi. İki şirkət növbəti iki il ərzində "Azerspace-2” peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər”- məlumatda deyilir.

"Bizim əhatə zonamızda olan regionlarda – MDB ölkələri, Afrika və Asiya – peyk tutumlarına olan tələbat artmaqda davam edir və "Azerspace-2” regionda daha geniş peyk xidmətləri göstərmək planlarımızın tərkib hissəsidir”- deyə, "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib.

Öz növbəsində İntelsat şirkətinin Baş icraçı direktorunun müavini Stefan Spenqler də bu sazişin əhəmiyyətindən danışıb:

"Əməkdaşlığımız bizə hazırkı aktivlərimizdən istifadə etməklə tutum əldə etmək və orbital hüquqlarımızın dəyərini artırmaq imkanı verəcək. Nəticə etibarilə, "Azerspace-2” sürətlə inkişaf edən Mərkəzi Avropa, Şərqi Avropa, Asiya və Sakit Okean regionlarında olan aparıcı DTH platformaları da daxil olmaqla bizim bu orbital mövqedə olan müştərilərimizin böyümək hədəflərini dəstəkləyəcək, Afrikada olan korporativ şəbəkələr üçün peyk əsaslı rabitə təmin edəcək”- deyə, Stefan Spenqler deyib.

Qeyd edək ki, "Azerspace-2”-nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya,Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol