• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji”nin daha bir səlahiyyəti alındı

“Azərenerji”nin daha bir səlahiyyəti alındı
28.05.2020 21:44
"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, yaxın zamanlarda "Azərişıq”la bağlı təhvil-təslim işləri yekunlaşacaq”. 

Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, "Azərişıq” bütün regionlar üzrə tam səlahiyyətlərinin icrasına başlayır: "Azərişıq” ASC-nin Bakı şəhəri ilə birgə 7 regional idarəsi (Biri Bakıda, 6-sı regionlarda) yaradılacaq. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə veriləcək”.

Dövlət başçısının "Azərişıq” ASC-nin yaradılması ilə bağlı sərəncamında qeyd edilir ki, respublika ərazisində "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün.

Qaydalara uyğun olaraq, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlanıb, hökumətə təqdim edilib. Bu barədə dövlət başçısının sərəncamında Nazirlər Kabinetinə xüsusi tapşırıq var.

Bununla da, "Azərnerji” ASC-nin tabeliyində olan rayon elektrik şəbəkələri (işıq idarələri) adıçəkilən ASC-dən alınaraq, "Azərişıq” ASC-nin tabeliyinə verilir.  İnanırıq ki, "Azərişıq” üzərinə qoyulan bu böyük işin öhdəsindən layiqincə gələcək. Çünki o, öz fəaliyyəti ilə bunu sübuta yetirib. Belə ki qısa bir müddətdə Bakıda 26 ədəd 110 kv-luq yarımstansiya, 71 ədəd 35 kv-luq yarımstaniya istifadəyə verilib. Texniki itkilərin sayı 16.98 faizdən, 8.2 faizə qədər azaldılıb. Paytaxtda enerji ilə bağlı problem yoxdur. Bu, olduqca uğurlu fəaliyyətdir.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ayın 10-da "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol