• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Quba yolunda yenilik

Bakı-Quba yolunda yenilik
28.05.2020 21:33
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası artıq yekunlaşıb.

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq yol ötürücüləri sürücülərin ixtiyarına verilib.

Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılmışdı.

Sovet döründə inşa olunan yol ötürücülərdən fərqli olaraq 399.1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir. 1-ci körpünün uzunluğu 109.6, eni 15.5 metr, 2-ci körpünün uzunluğu 105.1, eni 13.5 metr, 3-cü körpünün uzunluğu105.1, eni 16.0 metr, 4-cü körpünün uzunluğu 39.3, eni 13.0 metr, 5-ci körpünün uzunluğu 40.0, eni isə 15.0 metrdir. Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib. Yan yolun ümumi uzunluğu 2345 metr, eni isə 14.75 metrdir.

Qeyd edək ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyat vasitələrinin keçidi təmin etmək üçün yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol