• $
  • €
  • ₽
  • ₺
  • £

Manat möhkəmlənir? – EKSPERT

Manat möhkəmlənir? – EKSPERT
30.04.2015 18:23
Manatın dəyərinin ABŞ dollarına nəzərən cüzi də olsa sabitləşməsi bir neçə səbəblə əlaqədardır. Birincisi, daxili valyuta bazarında bu ilin fevral və mart aylarında müşahidə edilən təlatüm səngiyib.

Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov manatın dollara qarşı möhkəmlənməsi nə ilə bağlıdır sualını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, bu məsələdə ticarət tərəfdaşlarımızın milli valyutalarının bahalaşması da mühüm rol oynayır:

"Belə ki, dollara tələbdə qeyd olunan aylarda - ümumiyyətlə, il başlanandan xüsusən, əhali tərəfindən nümayiş etdirilən "ajiotaj" aprel ayında aradan qalxdı.

İkincisi, eləcə də ölkəmizin ticarət tərafdaşı olan ölkələrdə də milli valyutaların dəyərdən düşməsi prosesi demək olar ki, dayanıb. Hətta bir arada məsələn, Rusiya kimi bir ölkədə rubl bahalaşırdı da.

Üçüncüsü isə, neftin qiyməti cüzi də olsa qalxmağa başlayıb. Belə ki, aprel ayı ərzində neft demək olar ki, ucuzlaşmadı - əksər vaxt sabit qalmaqla, daha çox bahalaşmağa doğru meyl göstərdi.

"Bütün bunlar da təbii olaraq, manatın dəyərində özünü göstərdi. Lakin əlavə olaraq, bir amili də qeyd etmək yerinə düşər. Bu da pul bazasının azalmasıdır. Əvvəl, dollar dövriyyəyə yüksək templə daxil olurdu.

Neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi bu tendensiyanı azaldıb. Odur ki, Mərkəzi Bank (AMB) makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün məcburdur ki, manat kütləsini də azaltsın. Məlumdur ki, manatın kursunu AMB inzibati yolla tənzimləməkdədir” - deyə, ekspert vurğulayır.

Bundan başqa Pərviz Heydərov bildirir ki, neft təzədən düşərsə, dollara tələb yaranacaq:

"Odur ki, Azərbaycanda hazırda hissolunacaq dərəcədə dollar təklifi artıb, manata qarşı isə əksinə, tələb artıb... Bu cür vəziyyət neft yenidən 50 dollara düşməzsə, davam edəcək.

Neftin indiki qiyməti şəraitində Mərkəzi Bank dövriyyədən artıq manat kütləsini çıxartdığından azn qıtlığı yaranıb”.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın məlumatına görə, son üç gündə 28, 29, 30 aprel tarixində müvafiq olaraq 1 dollar -1.0498, 1.0494, 1.0487 AZN təşkil edib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol