• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda daha bir yenilik

Metroda daha bir yenilik
21.05.2015 11:05
Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metropolitenində həm xarici qonaqlara, həm də yerli sərnişinlərə lazımi xidmət göstərmək üçün elan olunan könüllülərin seçimi başa çatıb. 

Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, qurumun müvafiq stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllülərin bilik və bacarığının artırılması məqsədilə treyninqlərə start verilib. 

Treyninqlər zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq bütün sərnişinlərlə onlar üçün vacib olan davranış qaydaları barədə geniş məlumat verilir.

Treyninqlər aşağıdakı istiqamətlərdə aparılır:

• Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı bilgilərin verilməsi;
• Paytaxtda keçiriləcək olimpiya oyunları obyektlərinin dəqiq ünvanları, bu obyektlərə istər metro stansiyaları, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə, tamaşaçıları həmin obyektlərə yetişdirəcək xüsusi avtobusların hərəkət saatları haqqında, həmçinin metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallarla bağlı müfəssəl bilgilər;
• Metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydası barədə ətraflı bilgilər, eyni zamanda müvafiq metro stansiyalarının rəhbər işçiləri ilə əlaqə imkanlarının başa salınması;
• Yanğın, ictimai təhlükəsizliklə bağlı, təhlükəsizlik texnikası, ilkin tibbi yardımın göstərilməsi ilə əlaqədar, həmçinin digər fövqəladə hallar zamanı zəruri olan hərəkət və bilgilər; 
• Könüllülər üzərində "Ask me” yazısı olan köynək (mayka), papaq, üzərində "Ask me” yazısı olan bayraqcıq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, müvafiq metro stansiyasının vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol