• $
  • €
  • ₽
  • ₺
  • £

“Bahar” və “Qum dəniz” yataqlarına vəsait ayrıldı

“Bahar” və “Qum dəniz” yataqlarına vəsait ayrıldı
31.05.2015 17:30
Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar” və "Qum dəniz” yataqlarının daxil olduğu blokun işlənməsinə dair PSA (hasilatın pay bölgüsü) tipli müqavilə çərçivəsində maliyyələşmə 2015-ci ildə daha 2 milyon dollar artırılacaq.

ANS PRESS Trend-ə istinadən xəbər verir ki, bu barədə "Greenfields Petroleum Corporation” şirkəti məlumat yayıb.

"Bahar” yatağının operatoru olan "Bahar Energy” şirkətinin həmtəsisçisi "Greenfields Petroleum Corporation” şirkəti "Bahar” və "Qum dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatına dair PSA tipli müqavilə çərçivəsində texniki məsləhətçi kimi də çıxış edir.

Məlumata əsasən, "Greenfields Petroleum Corporation” 2013-cü il noyabr tarixli kredit müqaviləsi çərçivəsində əlavə 2 milyon dollar alacaq. Yeni tranş çərçivəsində əldə olunan vəsait Azərbaycanda "Bahar” və "Qum dəniz” yataqlarının işlənməsi üzrə şirkətin davam edən əməliyyatlarının maliyyələşməsi üçün nəzərdə tutulub. Kredit illik 15 faizlə ayrılıb və 2015-ci il dekabrın 31-nə kimi ödənilməlidir.

"Bahar Energy” şirkətinin fəaliyyətindən əlavə gəlirlər daxil olduğu halda kreditin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol