• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan hökumət lisenziyalaşdırılmasına keçdi

Gürcüstan hökumət lisenziyalaşdırılmasına keçdi
01.06.2015 21:05
"Microsoft” Korporasiyası və Gürcüstan hökuməti arasında bütün dövlət strukturlarında təhlükəsizliyin təmin olunması və genişləndirilməsini nəzərdə tutan leqallaşdırma və lisenziyalaşdırma ilə bağlı saziş imzalanıb. Bu saziş postsovet məkanında Gürcüstanın tam lisenziyalı proqram təminatına keçməsini təmin edən ilk razılaşmadır.

Saziş Gürcüstanın Avropa İttifaqına üzvlüyü istiqamətində atılmış yeni bir addımdır. Belə ki, hökumət intellektual mülkiyyət hüquqlarının qorunmasında qərb standartlarına keçir.
 
Qeyd etmək lazımdır ki, 2011-ci maliyyə ilinin nəticələrinə əsasən, Gürcüstanda proqram piratçılığının səviyyəsi 95% təşkil edib. İT sahəsində oğurluq qanuni işlərə zərər vurur, səmərəliliyi azaldır və məsul işlərin kibertəhlükəsizliyini təhdidlərə məruz qoyur. Hökumətlər sazişin başlıca faydalarını vurğulayaraq piratçılığa qarşı səylərini dəstəkləyərək sənayelərin rəqabət qabiliyyətliyinin artırılmasına yardımçı ola bilər.
 
Gürcüstanda piratçılıqla mübarizə apararaq İT ekosistemini möhkəmləndirmək gərəkdir. Müvafiq intellektual mülkiyyət hüquqlarının qorunması tədbirləri həm biznes sektoru, həm də sadə istifadəçilər üçün faydalı olacaq. Bu cür fəaliyyət ölkəni xarici investisiyalar üçün cəlbedici edir, ölkə vətəndaşlarına və İT sektorda fəaliyyət göstərənlərə yeni imkanlar yaradır və Gürcüstanın müəyyən etdiyi siyasi və sosial-iqtisadi inkişaf istiqamətindəki fəaliyyətini daha da möhkəmləndirir.
 
Bu cür sazişin başlıca üstünlüklərindən biri də odur ki, "Windows” əməliyyat sistemi, "Microsoft Office”, server məhsulları və s., yəni ümumilikdə "Microsoft” platforması hökumətə vahid şəkildə təqdim olunur.
 
Sıravi istifadəçilər üçün bu, ilk baxışdan az əhəmiyyətli görünə bilər. Lakin lisenziyaların rahat menecmenti, o cümlədən bütün hökumət orqanlarının eyni inkişaf səviyyəsində olmasına şərait yaratması əldə edilmiş proqram təminatının cari və gələcək layihələrin idarə olunmasında, bölüşdürülməsində və istifadəsində əhəmiyyətli üstünlüklər yaradır.
 
Qüvvədə olacağı 3 il ərzində əldə olunmuş "Microsoft” məhsullarının son versiya və yeniləmələri ilə hökumətin pulsuz təchiz olunması bağlanmış geniş sazişin digər bir üstün cəhətidir. BSA tərəfindən iki ildə bir dəfə tərtib olunan reytinqdə Gürcüstan 2009-cu ildə lisenziyasız proqram təminatının 95% və 2011-ci ildə 91% göstəricisi ilə birinci yerdə qərarlaşmışdır. 2015-ci il ərzində bu göstəricinin təxminən 20% azalması gözlənilir. /ictnews.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol