Bakı-İstanbul aviareysinə olan endirim

"Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-İstanbul-Bakı marşrutu ilə uçuşları üzrə həyata keçirdiyi endirim aksiyasının müddətini uzadıb.
AZAL-dan "Report”a verilən məlumata görə, əvvəlki şərtlərə əsasən, qiyməti 258 manat olan biletlərlə uçuşlar iyulun 20-dək həyata keçirilməli idi. Yeni qərarla isə uçuşların müddəti iyulun 31-dək uzadılıb.
Qeyd edək ki, aksiya çərçivəsində alınan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, qiymətə bütün yığım və rüsumlar daxildir, məntəqədə maksimum qalma müddəti isə 1 aydır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















