• $
  • £

"Rusiyanın “Transxəzər”lə bağlı bəyanatları başa düşüləndir"

10.06.2015 16:53
Rusiya Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində birinci dəfə deyil ki, "Transxəzər” qaz kəməri ilə bağlı bu cür bəyanatlar səslənir. Onların mövqeyinin son 20 ildə dəyişilməz olması başa düşüləndir.

Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya XİN-in kəmərin inşası ilə bağlı səsləndirdiyi bəyanatları şərh edərkən bildirdi.

Onun sözlərinə görə, bu cür bəyanatların səslənməsinə səbəb Rusiyanın öz qazını Avropa bazarına çıxarmaqla bağlı yaşadığı problemlərdir:

"Rusiya öz qazının Avropa bazarına çıxarılması ilə bağlı Avropa Komissiyası ilə problemlər yaşayır. Düşünürəm ki, bu problemlərin yaxın zamanlarda həll olunması gözlənilmir”.

Rusiya tərəfini narahat edən Türkmənistan, Azərbaycan, Türkiyə nümayəndələrinin iştirakı ilə baş tutan görüş oldu:

"Mayın 1-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan, Azərbaycan, Türkiyə tərəfinin iştirakı ilə görüş keçirildi. Görüşün nəticəsi olaraq da deklarasiya imzalandı. Bilirsiz ki, Türkmənistan tərəfi bu günə qədər rəsmi şəkildə heç bir sənədi imzalamamışdı. Bu cür cəsarətli addım onu sübut etdi ki, bu ölkə öz qazını Avropaya ixrac etməkdə maraqlıdır” - deyə, İ.Şaban qeyd edir.

Mütəxəssis deklarasiya, həmçinin Xəzərin dibi ilə qazın ixracı ilə bağlı hüquqi, ekoloji, kommersiya məsələlərini öyrənmək üçün enerji nazirlərinin səviyyəsində ekspert qrupunun yaradılmasının zəruriliyini bildirdi.

"Bundan sonra, Rusiya tərəfinin baş verən prosesləri sakitcə durub qarşılamasını təbii ki, gözləmək olmaz. Çox keçmədi ki, Rusiya tərəfi Avropa Komissiyasının onun layihəsinə adekvat cavabını almadıqdan sonra buna görə bu cür sərt reaksiya ilə öz mövqeyini ortaya qoydu”.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çərşənbə axşamı açıqlamasında bildirmişdi ki, "Transxəzər” qaz kəməri layihəsinin reallaşması ekoloji cəhətdən təhlükəli ola bilər.

"Hər mənada unikal olan su hövzəsində magistral qaz kəmərlərinin inşasına bizim nöqteyi-nəzərimizdən ilk olaraq ekologiya prizmasından və yalnız sonra iqtisadiyyat bucağından baxmaq lazımdır” - deyə, o bildirmişdi.

Qeyd edək ki, məsələ ilə bağlı Energetika Nazirliyinin münasibətini də yaxın zamanlarda yayımlayacayıq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda sığorta ödənişləri 27% artıb
İqtisadiyyat 11:17
Azərbaycanda sığorta ödənişləri 27% artıb
“Brent” nefti ucuzlaşıb
İqtisadiyyat 09:41
“Brent” nefti ucuzlaşıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:38
Qızıl və gümüş ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:15
Bu günün valyuta məzənnələri açıqlanıb

Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda taxıl sahələrinin 92 %-də biçin yekunlaşıb

Ehtiyat fondlarından ayrılan vəsaitin məbləği açıqlanıb
İqtisadiyyat 12:36
Ehtiyat fondlarından ayrılan vəsaitin məbləği açıqlanıb
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb
İqtisadiyyat 11:42
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb

Azərbaycanın daxili dövlət borcu 7% azalıb
İqtisadiyyat 11:40
Azərbaycanın daxili dövlət borcu 7% azalıb
Azərbaycan dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosialyönlü sahələrə yönəlib
İqtisadiyyat 10:59
Azərbaycan dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosialyönlü sahələrə yönəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol