• $
  • €
  • ₽
  • ₺
  • £

"iPhone 7" smartfonunun detalları açıqlandı

"iPhone 7" smartfonunun detalları açıqlandı
24.06.2015 21:35
Bu ilin sentyabr ayında "Apple” şirkəti "iPhone" smartfonlarının yeni modelinin təqdimatını keçirəcək. Onun "iPhone 7” və ya "iPhone 6S” adlandırılacağı gözlənilir.'

"Report” bildirir ki, "iPhone 7”də ekran, kamera, prosessor və telefonu əhatə edən metal da daxil olmaqla bir çox xüsusiyyət yenilənəcək. Şirkət həmişəki ənənəsinə uyğun olaraq təqdimatı sentyabr ayının hər hansı çərşənbə günündə gerçəkləşdirəcək.

"Apple” ilk dəfə iki fərqli, 4,7 düymlük "iPhone 6” və 5,5 düymlük "iPhone 6 Plus” ekran ölçüsünü "iPhone 6” modelləri ilə istifadəçilərinə təqdim edib,. "iPhone 7” modelində bu ənənə dəyişməyəcək və 4,7 düym və 5,5 düymlük ekran ölçüləri istifadəçilərə təqdim olunacaq.

Şirkət ən yüngül ağıllı saat - "Apple Watch” idman saatının alüminium gövdəsini "iPhone 7” modelində də istifadə edəcək. Bu da yeni "iPhone"a həm əlavə bir yüngüllük, həm də davamlılıq gətirəcək. Bununla yanaşı telefon yerə düşsə, əyilmə təhlükəsi də böyükdür.

"Apple"in son aldığı patentə əsasən, "home” düyməsi ləğv olunur. Yəni, "iPhone 7”nin ön tərəfi düz olacaq. "Home” düyməsinin yerində isə xüsusi bir sensor olacaq və düymənin funksiyasını bu sensor yerinə yetirəcək. Barmaq izi skaneri də bu bölgədə gizlənəcək.

İlkin açıqlamalara görə, "iPhone 7” modelinin dizaynı daha yaxşı olacaq. Bunun səbəbi isə ümumi dizaynın tamam dəyişməsidir. "Home” düyməsinin gizlədilməsi də telefonun ölçüsünün böyüməsi ilə əlaqədardır. Məlumatlara görə, "iPhone 7” əvvəlki modeldən 0,15 mm daha uzun, 0,2 mm daha qalın olacaq, amma bu dəyişiklik çox da hiss olunmayacaq.
Eyni zamanda, hazırda arxa kameranın "iPhone 6”da olduğu kimi 8 mpix saxlanılması və ya 12 mpix-ə qədər artırılması məsələsi müzakirə olunur. Bununla yanaşı, ön kameranın 5 mpix-ə qədər gücləndirilməsi mümkündür.
Qeyd edək ki, "iPhone 7” ilə istifadəçilərə təqdim olunacaq yeniliklərin başında "force touch” texnologiyası var. Yəni, ekrana bir az daha güclü basmaqla istifadəçilər fərqli bir funksiyadan istifadə edə biləcəklər. Məsələn istifadəçi xəritədə bir yeri işarələmək istəyirsə, bu vəziyyətdə ekrana güclü basmaqla bu işi avtomatik yerinə yetirmiş olacaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol