• $
  • €
  • ₽
  • ₺
  • £

Dondurma bazarında vəziyyət nə yerdədir?

Dondurma bazarında vəziyyət nə yerdədir?
25.06.2015 16:08
Qızmar günəş altında bir dondurma alıb yemək hər kəsin ağlından keçir.

 Sinoptiklərin də havanın temperaturunun 42 dərəcəyə qədər yüksələcəyi ilə bağlı xəbərdarlığından sonra bu cür məhsullara olan tələbatımız daha da artıb.

Sual yaranır? Yerli istehsal bizim dondurmaya olan tələbatımızı lazımi səviyyədə ödəyə bilirmi və ya istehsal olunan məhsulun keyfiyyəti nədən xəbər verir.

Birinci sualın cavabını Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-may ayları üzrə açıqladığı statistikada göstərib. Belə ki, komitə bildirir ki, 1 il ərzində Azərbaycan dondurma istehsalını yarıbayarı azaldıb.

Belə ki, 2015-ci ilin yanvar-may ayları ərzində 565,8 ton dondurma istehsal olunub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 49,1% azdır. Yəni, istehsal yarıbayarı azdır.

"2015-ci il iyunun 1-nə olan hazır məhsul ehtiyatı isə 408,7 ton təşkil edir” - deyə, komitə qeyd edir.

Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün hansı stimullaşdırıcı tədbirlər görmək lazımdır? Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovla əlaqə saxladıq.

Onun sözlərinə görə, istehsalın azalmasına səbəb, dondurma istehsalı ilə məşğul olan şirkətlərə verilən lisenziyaların alınması ilə bağlıdır:

"Son iki ildə aparılan araşdırmalar və nəzarət göstərdi ki, yerli istehsal olan dondurmaların çox təəssüf ki, müəyyən hissəsi keyfiyyət standartlarına cavab vermir. Hətta, bir çox dondurma istehsalı ilə məşğul olan şirkətlərin lisenziyaları geri alındı, onların fəaliyyəti dayandırıldı. Bu da bütövlükdə, dondurma istehsalının azalmasına gətirib çıxardı”.

V.Bayramov onu da əlavə edib ki, əgər istehsalın artırılmasını istəyiriksə, bu halda keyfiyyət standartlarının tətbiq edilməsi və ona əməl edilməsinə ehtiyac var.

"Bu olduqca vacibdir ki, yerli istehsal olunan dondurmalar keyfiyyət və standartlara uyğun olsun və insanlar sağlamlığı üçün heç bir halda, təhlükə törətməsin”.

Ekspertlə söhbətimiz zamanı aydın oldu ki, xaricdən gətirilən dondurmaların qiyməti də yerli bazarda çox ucuzdur:

"Xaricdən idxal olunan dondurmaların qiyməti yerli bazarda çox ucuzdur. Bu da yerli şirkətlərin rəqabət qabiliyyətini aşağı salır”.

Bayramov onu da vurğuladı ki, istehsalın artırılması üçün dövlətin bu sahəyə dolayı yolla da olsa güzəştlər tətbiq etməsinə ehtiyac var.

Əlbəttə, yerli istehsal az olduğundan xaricdən gətirilən məhsulların qiyməti yerli məhsulun qiymətindən bir qədər bahadır. Sözsüz ki, alıcılar baha deyil, ucuz məhsula üstünlük verəcəklər.

Hətta, satıcılar da alıcıların bu seçiminə görə, sanki bir qədər gileyli görünürdülər.

Belə ki, paytaxtda fəaliyyət göstərən mağaza satıcısı ilə söhbətimiz zamanı aydın oldu ki, ən ucuz dondurmanın qiyməti 40 qəpik, ən bahalısı isə 2 manat təşkil edir. Ən qəribəsi o idi ki, ən bahalı dondurmanın qiyməti də elə də bahalı deyildi.

"Alıcılar ən çox 40 qəpiklik dondurmalara üstünlük verir, ən çox satılan da elə bu qiymətə olan məhsuldur”, deyə satıcı əlavə edib.

Əlbəttə, ucuz ətin şorbası da olmaz. Bu sahəyə nəzarət etmək məqsədilə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yay mövsümü başlayandan hər il dondurma bazarına olan nəzarəti daha da gücləndirir.

Belə ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Oxu.Az-a bildirib ki, artıq xeyli müddətdir nəzarət tədbirləri həyata keçirilir:

"Bu günə qədər heç bir qanun pozuntusu ilə qarşılaşmamışıq” - deyə, o əlavə edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol