• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kirayə evlər ucuzlaşacaq?

Bakıda kirayə evlər ucuzlaşacaq?
30.06.2015 11:15
Ekspertlər Bakı-2015-dən sonra daşınmaz əmlak bazarındakı vəziyyətin dəyişəcəyini bildirirlər.

Bu ayın ötən günlərində kirayə mənzil bazarında qısa müddətə təklif olunan evlərin qiymətində nisbətən artım müşahidə edilib. Bu, ölkəmizdə keçirilən Birinci Avropa Oyunları ilə bağlı olub.

ANS PRESS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə əsasən, bu ayın əvvəlindən başlayaraq paytaxtın bir və ikinci zonalarındakı (mərkəz) kirayə bazarında tələb yüksəlib. Qiymət artımları məhz qısa müddətli dövrdə, xüsusən 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə olunub. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veriblər.

Ekspertlərin fikrincə, Avropa Oyunları başa çatıb və bundan sonra qiymətlər ucuzlaşa bilər. Kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər kirayə evlərin qiymətində güzəştə getməyə məcburdurlar.

Monitorinqlər göstərib ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqı hətta 2 min manatdan çox olub. Baxmayaraq ki, həmin mənzillər əvvəlki aylarda 1000-1200 manata təklif edilirdi. Bu, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlı olub. Amma indi daşınmaz əmlak bazarındakı vəziyyətin dəyişəcəyi gözlənilir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol