• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanın 100 illik dəmir ehtiyatı var

​Azərbaycanın 100 illik dəmir ehtiyatı var
30.06.2015 17:18
Azərbaycanın Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 mln. ton filiz ehtiyatı var. 

Bu barədə "Report"a "Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin (ASPC) mətbuat xidmətindən məlumat verilib.

"Filizin tərkibinin orta hesabla 40%-i dəmirdir. Bu da 100 mln. ton dəmir ehtiyatımızın olduğu deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur", - deyə məlumatda bildirilib.

Qurumun məlumatına görə, ASPC yeni texnika və avadanlıqlar alaraq "Daşkəsən Filizsaflaşdırma” ASC-də fasiləsiz istehsalatı təmin edib, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlayıb.

Kombinatda aparılmış yenidənqurma işləri nəticəsində dəmir filizi konsentratının keyfiyyəti ilk dəfə olaraq 65%-ə yüksəldilib. Hazırda kombinatın istehsal gücünün illik 350 min ton olduğu və istehsalın həcmi mərhələli şəkildə aparılmaqla ilin sonuna qədər 750 min tona çatdırılması planlaşdırıldığı deyilir.

Məlumata əsasən, 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa catdıqda lazım olan 1,7 mln. ton dəmir filizi konsentratı istehsalı hədəflənir.
Hazırda istehsal olunan məhsulun daxili bazarda satışı, habelə xarici ölkələrə ixracı həyata keçirilir.

Xatırladaq ki, 2014-cü ildən başlayaraq dəmir filizi məhsulunun dünya bazarındakı qiymətləri 2,5 dəfə düşüb. Lakin ASPC yaydığı məlumatda keçirdikləri marketinq siyasəti nəticəsində satış həcminin əvvəlki illərə nisbətən 6% yüksək olduğunu açıqlayıb.
Qurum ötən dövr ərzində müəssisənin əməkdaşlarına 2013-2014-cü illərdən yığılmış əmək haqqı və sosial müavinətlər tam ödənildiyi, Kombinatın əməkdaşlarının əmək haqları 20% artırıldığını açıqlayıb.

ASPC Kompleksin inşası və fəaliyyətə başlaması ilə ümumilikdə 5 000-ə yaxın insan işlə təmin olunacağını, bundan 2 500-2 700 nəfərin daimi işlə təmin ediləcəyini açıqlayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol