• $
  • €
  • ₽
  • ₺
  • £

Avro ucuzlaşmağa başladı

Avro ucuzlaşmağa başladı
06.07.2015 11:17
Dünən keçirilən referendumda Yunanıstan əhalisinin əksər hissəsinin ölkənin Avrozonadan çıxmasının lehinə səs verməsi nəticəsində bu gün səhər saatlarında Asiya valyuta bazarında avro zəif mövqe ilə tədavülə başlayıb. Cümə günü, iyulun 3-də son əməliyyat 1,1111 dollar/avro məzənnəsi ilə həyata keçirilsə də, hazırda məzənnə 1,1030 dollar/avroya düşüb. Yəni, avro dollarla müqayisədə cümə gününə nəzərən 0,7% zəifləyib.

"Report" xəbər verir ki, bu tendensiya avronun digər valyutalara qarşı məzənnəsinə də təsir göstərib. Bu gün dünyanın fond birjalarında referendumun nəticələrinə mənfi reaksiya veriləcəyi gözlənilir. Xüsusən də Avropa fond birjası indekslərinin önəmli dərəcədə azalacağı ehtimal olunur.

Qeyd edək ki, Avropa İttifaqı liderləri yunan xalqının bu qərarını çox təmkinlə və hörmətlə qarşılayıb. Hazırda əsas diqqət Almaniya və Fransa liderlərinin bu gün keçiriləcək görüşünə yönəlib. Bu görüşdə səslənəcək fikirlər Yunanıstanın Aİ-də qalıb-qalmayacağını müəyyənləşdirəcək.

Bu gün Azərbaycan valyuta bazarında da manatla müqayisədə ABŞ dollarının möhkəmlənməsi və avronun zəifləməsi müşahidə olunub. "Report"un analitik qrupu qeyd edir ki, qısa müddətdə avronun məzənnəsinin istiqaməti Yunanıstanın taleyindən asılı olsa da, ilin sonuna qədər Yunanıstanın Aİ-də qalıb-qalmamasından asılı olmayaraq avronun möhkəmlənməsi gözlənilir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol