• $
  • €
  • ₽
  • ₺
  • £

“iPhone” tələbələrə təhsildə mane olur

“iPhone” tələbələrə təhsildə mane olur
13.07.2015 12:06

Rays Universitetinin psixoloqları tələbələrə eksperiment məqsədilə "iPhone” smartfonu paylayıblar.

Mütəxəssislər tədqiqat iştirakçılarının qurğulardan informasiya axtarışı, elektron dərsliklərin oxunması və təhsillə əlaqədar videolara baxılması üçün istifadə edəcəklərinə ümid ediblər. Tələbələr də eksperimentin əvvəlində buna əmin olsalar da, əslində hər şey bunun əksini göstərib.  
 
Alimlər eksperimentdən əvvəl və sonra tələbələrə bir sıra suallar veriblər və hər cavab balla qiymətləndirilib. Tələbələrdən eksperimentin əvvəlində smartfonların daha yaxşı oxumağa kömək etməsi ilə bağlı sual verildikdə, orta bal 3,71 təşkil edib. Bir il sonra göstərici 1,54 baladək aşağı düşüb. Bu isə o deməkdir ki, tələbələr fikirlərini dəyişib.
 
"iPhone”nun dərsdən yayındırması ilə bağlı suala iştirakçıların verdiyi cavabın orta balı əvvəlcə 1,91-ə bərabər olub. Eksperimentin sonuna nəticə 4,03 baladək artıb. Smartfonların ev tapşırıqlarını yerinə yetirməkdə və testlərə hazırlıqda kömək etməsi ilə bağlı suala verilə cavablar əvvəlcə müsbət olsa da, eksperimentin sonuna mənfi olub. Tədqiqatdan məlum olub ki, könüllülər "iPhone”dan təhsil üçün deyil, əyləncə üçün istifadə ediblər.
 
Qeyd edək ki, Stenford Universitetinin alimləri tərəfindən keçirilən eksperimentdən başqa nəticələr əldə olunub. Tədqiqat nəticələrinə görə, "iPhone”dan istifadə edən tələbələrin 70 faizi mütəşəkkil olub, 54 faizi daha yaxşı oxumağa başlayıb.  
 
"iPhone”dan zəngli saat kimi respondentlərin 89 faizi istifadə edir, vaxtı 85 faiz öyrənir, yatağa girəndə yanına 75 faiz qoyur, 69 faizi evdə mobil qurğunu yox, pul kisəsini unudur. Tələbələrin 41 faizi "iPhone”nun itirilməsini böyük itki hesab edir, 15 faiz mütəmadi müxtəlif mediakontent yükləməsini etiraf edib, 3 faiz isə smartfona ad verib, - "Macdigger” yazır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol