• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Azərbaycanda daha bir neçə bank bağlana bilər

Ekspert: Azərbaycanda daha bir neçə bank bağlana bilər
17.07.2015 12:17
İkinci devalvasiya bank sektoru üçün dağıdıcı olacaq.

Manat əmanətlərinin bahalaşması və komisyon haqlarının 1%-ə salınması fonunda milli valyuta kreditlərində müşahidə edilən bahalaşmaya qarşı Mərkəzi Bankdan növbəti cavab tədbiri gəldi. Biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirildi. 

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev bildirib. 

İqtisadçı bildirib ki,  Mərkəzi Bank son dövrlər tez-tez inzibati metodlardan yararlanmağa can atır:

"Bundan sonra banklar və bank olmayan kredit təşkilatları müştərilərə biznes kreditlərini 25%-dən, istehlak kreditlərini isə 29%-dən baha verə bilməyəcək. Mərkəzi Bank yenə də inzibati metodlara əl atmalı oldu. Halbuki "Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. İqtisadi yolla banklara zəruri dəstəyi verə bilməyən Mərkəzi Bank son dövrlər tez-tez inzibati metodlardan yararlanmağa can atır”.

Samir Əliyev qeyd edib ki, Mərkəzi Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına hesablanıb və bu, devalvasiyadan sonra "reanimasiyaya” düşmüş banklar üçün süni nəfəs borusunun daha da daraldılması deməkdir:

"Tənzimləyici qurumun son davranışları onu göstərir ki, bank sektorunda təmizləmə əməliyyatı başlayıb. Güman etmək olar ki, "EvroBank” ASC və "Azərbaycan Kredit Bankı” ASC sonuncu "qurban” olmayacaq. Əksinə bu, bankların sayının azaldılması prosesinin ilk "qurban”larıdır. Mərkəzi Bank kiçik bankların bazardan çıxarılmasında israrlı görünür və hiss olunur ki, bu barədə artıq siyasi qərar var. Elman Rüstəmovun əhalini dolayısı ilə kiçik banklara əmanət qoymaqdan çəkindirməsi də buna işarədir. Yaxın dövrdə bankların sayı 40-dan aşağı düşə bilər. Onların sayının 35-ə düşməsi də istisna deyil. 

Ayrı-ayrı banklarda vəziyyətin həddindən artıq ağır olması barədə siqnallar gəlməkdədir. Məhdud müştəri kontingenti, daxili investisiyaların azalması, büdcə pullarının məhdudlaşdırılması, əhalinin gəlirlərini azalması bankların sayının optimalaşdırılması məsələsini yenidən gündəmə gətirib. Mərkəzi Bank banklara "yaxşı” və "pis”, "böyük” və "kiçik” meyarları tətbiq etməklə onlara qarşı diskriminasiya tətbiq edəcək və münasib bildiyi bankla işləyəcək. Bəzi bankları ucuz resursla təmin etdiyi halda ağır prosedurlar vasitəsilə digərlərini dəstəkdən kənarda qoyacaq”.

Mütəxxəsis bildirib ki, konsolidasiya tədbirləri bank olmayan kredit təşkilatlarını da (BOKT) vuracaq:

"Komisyon haqlarının 1%-ə salınması və faktiki illik faiz dərəcələri üçün yuxarı limitin tətbiqi ilk zərbəni BOKT-lara vuracaq. Məhz BOKT-larda kredit faizləri banklarla müqayisədə daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 40%-ə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. 

O yerlərə ki banklar qəti maraq göstərmir. Onlar müştərinin qapısına getməkdən belə çəkinmirlər. Hazırda ölkədə BOKT-ların sayı 157-dir və onların kredit portfeli ümumilikdə 591 milyon manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9% bu təşkilatların payına düşür. Banklarda son aylarda kredit qoyuluşunun azalmasına rəğmən BOKT-larda zəif də olsa artım müşahidə edilir. Tezliklə BOKT-ların sayının azalması qaçılmaz olacaq”.

İqrisadçının fikrincə, ikinci devalvasiya bank sektoru üçün dağıdıcı olacaq. 

"Elə birincinin fəsadları hələ də aradan qalxmayıb. Onun təsirini minimuma endirmək üçün bankların konsolidasiyasına başlanıb. Əsas məsələ konsolidasiya zamanı yüksək təmərküzləşməyə imkan verməməkdir. Hazırda təmərküzləşmə səviyyəsi 55%-dir. Ancaq tək bu addım kifayət etməyəcək. Mərkəzi Bankın dəstəyi ilə yanaşı bankdankənar problemlər aradan qaldırılmalıdır. Əks halda konsolidasiyanın də səmərəsi olmayacaq".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol