"Statoil" TAP-dakı payını satır

SOCAR isə "Statoil"in payını almaq üçün artıq bir neçə şirkətin müraciət etdiyini açıqlayıb
Norveçin "Statoil" şirkəti Trans Adriatik Boru Xətti (TAP) layihəsindəki 20%-lik payını satır. ANN.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, "Statoil" bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib.
SOCAR isə "Statoil"in payını almaq üçün artıq bir neçə şirkətin müraciət etdiyini açıqlayıb.
"Statoil" şirkəti məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı bu ölkənin "Snam" şirkəti də TAP-da pay almaq istədiyini açıqlamışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















