• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
21.07.2015 16:33
2015-ci ilin I yarısında dövlət büdcəsinin mədaxili 7 mlrd. 807,2 mln. manat, xərcləri 8 mlrd. 577,9 mln. manat olub, 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında deyilir.

Məlumata əsasən, cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7,717 mlrd. manat proqnoza qarşı 7 mlrd. 807,2 mln. manat və yaxud 1,2% çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2% icra edilməklə dövlət büdcəsinə 3 mlrd. 328,8 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 68,3%-i və yaxud 2,275 mlrd. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

2015-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3% əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% və yaxud 32,5 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olub.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 mlrd. 561,6 mln. manat vəsait transfert edilib.

2015-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85% və yaxud 8 mlrd. 577,9 mln. manat icra olunub, qarşıya qoyulan bütün əsas öhdəliklər yerinə yetirilib.

Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4 mlrd. 423,2 mln. manatı və yaxud 51,6%-i cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.

Dövlət büdcəsi xərclərinin 3 mlrd. 855,3 mln. manatı və yaxud 44,9%-i əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.

Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilib.

Cari ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol