• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən yeni təklif

“Bakcell”dən yeni təklif
22.07.2015 17:18
Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif:"Bakcell”bu gün xərclədiyinizin hamısını növbəti gün sizə qaytarmaqla yanaşı GəlirliCIN tarifində zənglərin qiymətini 25% endirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bu gündən etibarən GəlirliCIN tarifində olan abunəçiləri üçün "Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir. Kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir.

Bu kampaniyadanGəlirliCIN tarifidə olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda GəlirliCIN tarifində olan bütün abunəçilər bu təklifəmiqrasiya olunaraq dərhaldaha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100% olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar.Bu kampaniya çərçivəsində əldə olunan bonus balansınıabunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə edə bilərlər. Bonus internet paketinialmaq üçün istifadə oluna bilməz.

Bakcell şirkəti eyni zamanda GəlirliCIN tarifində 25%-lik endirim tətbiq edərəkölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib.

Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.

Qeyd edək ki, GəlirliCIN tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar.Digər tariflərdə olan abunəçilər isə "GəlirliCIN”ə qoşularaq bu kampaniyadan faydalana bilərlər.

GəlirliCIN tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı www.bakcell.com saytından və ya *555#YES kodunu yığaraq GəlirliCIN tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün "3” rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol