• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sığorta bazarı artdı

Azərbaycanın sığorta bazarı artdı
23.07.2015 22:39
2015-ci ilin 1-ci yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 milyon manat sığorta haqqı toplanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.

"Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub”-deyə, ASA qeyd edib.

ASA-nın məlumatına görə, analoji dövrdə sığorta bazarının 63%-i könüllü formalaşıb:

"2015-ci ilin 1-ci yarısında  Azərbaycanda toplanmış sığorta haqlarının 63,3%-i və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 8,2% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 89,1 milyon manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.

Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb”.

Bundan əlavə, Assosiasiya bildirib ki, icbari sığorta növləri üzrə ödəniş ümumi bazarın 22,3%-ni təşkil edib:

"İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 milyon manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol