• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedev Ankaranı ittiham edir

Medvedev Ankaranı ittiham edir
24.07.2015 12:17
Rusiya və Türkiyənin "Türk axını”na dair hökumətlərarası razılaşması haqqında danışıqlarının ləngiməsi Türkiyənin daxilindəki siyasi problemlərlə əlaqədardır – ölkədə hakimiyyət formalaşdırılmayıb.

Oxu.Az "İnterfaks”a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev "Radio i televideniye Sloveniya” (RTV Slovenija) teleradio şirkətinə verdiyi müsahibədə "Türk axını”nın inşası ətrafındakı vəziyyəti belə şərh edib.  

Medvedev xatırladıb ki, "Türk axını” "Cənub axını”nı əvəz edib.

"Cənub axını” Brüsseldəki bürokratiyanın qurbanı oldu, vəssalam. Təəssüf ki, bu, belə oldu. Biz onu realizə etməyə hazır idik, bir çox hazırlıqlar da etmişdik, pul da sərf edilmişdi, artıq dənizin dibində inşaat işlərinə hazır idik, amma Brüssel məmurları onu razılaşdıra bilmədiklərini bildirdilər, işi uzatdılar. Bolqarıstan qərar qəbul edə bilmədi və layihə öldü”, - nazir şərh edib.  

İldə 63 milyard kubmetr qaz gücü olan "Türk axını” layihəsi Rusiya qazının Ukrayna tranzitinin əvəzinə, Türkiyənin qərbinə və Avropanın cənubuna çatdırılmasını təmin edəcək. Rusiya sahilində dəniz borusunun inşası iyulun əvvəlində başlamalı idi.

Borudöşəyən gəmi Anapada lövbər salıb. İki həftə öncə "Qazprom” layihənin realizəsinə dair bir sıra işçi və kommersiya məsələlərində razılığın əldə edilməsinin mümkünsüzlüyünə əsaslanaraq gözlənilmədən tikintinin podratçısı "Saipem” ilə müqaviləni pozdu.  

Amma bu sahədə olan mənbələr müqavilənin ləğvinin əsl səbəbi kimi Ankara ilə danışıqların çıxılmaz vəziyyətə düşməsini göstərirdilər.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol