• $
  • €
  • ₽
  • ₺
  • £

“Bütün dünyada internetin sürəti zəifləyə bilər

“Bütün dünyada internetin sürəti zəifləyə bilər
30.07.2015 20:59
"Windows 10” əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur. "WCCF tech” şirkətinin ekspertləri platformanın işıq üzü görməsinin və kütləvi şəkildə yüklənməsinin dünyada internetin sürətində problemlər yarada biləcəyini istisna etmirlər.
 
"Microsoft” korporasiyası yenilənmələrin problemsiz paylanması üçün bütün iri şəbəkələrdə 40 Tbayt/saniyə tutumlu kanal ehtiyat edib. Lakin artıq iyulun 28-da gündüz bu kanalda yüklənmə 10 Tbayt/saniyəni ötüb və yeni regionlara qoşulduqca artmaqda davam edir.
 
Ekspertlərin fikrincə, "Windows 10” sayəsində "Microsoft” internet trafikinin həcmində rekord göstəriciyə nail olacaq. Onlar əmindir ki, həftə ərzində şəbəkədə yüklənmə çox yüksək olacaq və istifadəçilər internetdə yükləmələr zamanı fasilələrin yaranması və sürətin azalması ilə rastlaşa biləcəklər.  
Qeyd edək ki, yeni "Windows 10” əməliyyat sisteminin satışına iyulun 29-da başlanılıb.
 
"Windows 7” və "Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan "Windows 10”-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - "Windows 7” korporativ, "Windows 8/8.1” korporativ və "Windows RT/RT 8.1” korporativdə yenilənmələr pulsuz olmayacaq.
 
"Microsoft”-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, "Windows 10”-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.
 
"Windows 10”-da əvvəlki "Start” menyusu yenidən yer alacaq və "Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. "Cortana” həmçinin istifadəçinin "Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.
 
 "Windows Hello” biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik "Office 2016” ofis əlavəsi və "Microsoft Edge” brauzerinin quraşdırılmasıdır, - "Macdigger” yazır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol