• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Avtomobillərin qiyməti yenə azalacaq

Ekspert: Avtomobillərin qiyməti yenə azalacaq
30.07.2015 20:00
Avtomobillərin satışında qiymətlərin yenə aşağı düşəcəyi gözlənilir.
 
Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.

2015-ci ilin birinci yarısında qiymətlərin 6 faizə qədər azaldığını deyən ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var: "Əsas səbəblərindən biri məhz avtomobil kreditləri ilə bağlı şərtlərin ağırlaşdırılması və maşınların satışında ilkin ödənişin artırılmasıdır. Hazırda yeni avtomobillərin kreditlə satışı ən azı 40 faizdir. 30 min manata avtomobil alan şəxs ən azı 12 min manat ilkin ödəniş etməlidir. Köhnə avtomobillər üçün ilikin ödəniş 60, hətta bəzi hallarda 80 faizdir. İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır. Bu da öz növbəsində təbii ki, bazarda tələbatın azalmasına və durğunluğa gətirib çıxarır”.

2015-ci ilin sonuna qədər avtomobillərin satışının 8 faizə qədər azalacağını deyən V.Bayramlı buna "Avro 4” standartının tətbiqinin təsirini də istisna etmir.

Onun sözlərinə görə, köhnə və ucuz avtomobillərin Azərbaycana gətirilməsinin qadağan olunması bu sahəyə tələbatı azaldıb: "Həm "Avro 4”, eyni zamanda "Avro 3”, "Avro 2” və "Avro1” standartlı avtomobillərin qiymətlərində azalma var. Bu baxımdan 2015-ci ilin birinci yarısında avtomobil bazarında durğunluq olub, ikinci yarısında da tələbatın aşağı olacağı gözlənilir”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol