• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Mollazadə GTİ sammitində çıxış etdi

Ceyhun Mollazadə GTİ sammitində çıxış etdi
06.08.2015 12:25
Şanxay şəhərində Asiyanın mobil sənayə sahəsinə aid ən böyük tədbirlərdən biri - Ümümdünya Mobil Konqressi keçirilib.

 Əvvəllər Mobile Asiya Expo kimi tanınan kongress çərçivəsində aparıcı Asiya və beynəlxalq istehsalçıları və operatorları, özlərinə məxsus texnologiya, avadanlıq və rabitə xidmətləri sahəsində ən son nailiyyətləri nümayiş etmişdirlər. Sərgi ilə yanaşı Avropa və Asiyanın top-menecerlərinin iştraki ilə bir sıra seminarlar və konfranslar keçirilmişdir. Bu konfranslardan biri China Mobile və Global TD-LTE İnitiative assosiasiyası tərəfindən təşkil edilmiş GTI Sammiti idi. Təcrübə mübadiləsi və əməkdaşlıq üzrə açıq qlobal platforma olan GTİ, Şanxayda dünyanın 4-cü nəsil simsiz məlumat öturulmə texnlogiyaları sahəsində fəaliyyət göstərən operatorları toplamışdır.

Tədbiri giriş sözü ilə açan Çin Respublikasının Sənayə və İnformasiya Texnologiyaları nazirinin müavini cənab Zhang Bing TDD LTE texnologiyanın inkişafında və yayılmasında GTI platformasının xüsusi rolunu qeyd edib. Dünyanın ən böyük TDD LTE şəbəkəsinin sahibi olan China Mobile şirkətin idarə heyyətinin sədri şəbəkələrində məlumat ötürücülərinin ən yüksək sürətə nail olması barədə məlumat verib. Daha sonra, NTT DoCoMo, SK Telecom, KDDI və digər böyük operatorların rəhbərləri texnologiyanın inkişafı ilə bağlı öz fikirlərini bölüşdülər.

Təşkilatçıların dəvəti ilə Azqtel şirkətinin prezidenti Ceyhun Mollazadə sammitdə iştirak edib. SAZZ brendi altında fəaliyyat göstərən Azqtel şirkəti Azərbaycanın ən böyük 4G internet provayderidir. «Bazarları inkişaf etməkdə olan ölkələrdə operatorlar üçün yeni imkanlar» mövzusu ilə bağlı çıxış edən cənab Mollazadə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sahəsinin, xüsusilə telekommunikasiya və yüksək texnologiyalar sektorunun inkişafına təkan verən neft-qaz sektorunun müvəffəqiyyətləri haqqında danışıb. Ölkəmizin genişzolağlı internetin yayilması və istifadəçilərin sayına görə bölgədə lider olması da qeyd olunmuşdur. GTI İdarə heyətinin üzvü və SoftBankın Baş məsləhətçisi Cənab Matsumoto moderatorluğu altında keçirilən müzakirədə TDD LTE texnologiyanın xüsusiyyətləri və üstünlükləri, eləcə də rəqabət mühitində uğurlu biznes modelləri müzakirə olunub.
 
 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol