Ekspert: Dollarla avto-kredit qanunsuzdur

10:27 | 01.02.2016
Ekspert: Dollarla avto-kredit qanunsuzdur

Ekspert: Dollarla avto-kredit qanunsuzdur

BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində hüquqşünas, vəkil, uzun illər Azərbaycanın bank sektorunda rəhbər mövqelərdə çalışmış Əkrəm Həsənov dinləyicinin xarici valyuta ilə avtokreditlərlə bağlı sualına maraqlı açıqlama verib.

Oxu.Az sualı və ekspertin ona cavabını olduğu kimi diqqətinizə çatdırır:

- Banklardan birində dollarla avto-kredit götürmüşəm, aya 450 dollar düşür. Bu, 2013-cü ildə 350 manat edirdi, indi isə 700 manatdan çoxdur. Əmək haqqım isə əvvəl də 500 manat idi, indi də. Mən necə edə bilərəm?

- Əslində, bank sizi aldadıb. Avtokredit yalnız manatla ola bilər. Çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilərsiz.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb