Ekspert: "Maşın bazarında vəziyyət ürəkaçan deyil"

12:45 | 14.04.2018
Ekspert:

Ekspert: "Maşın bazarında vəziyyət ürəkaçan deyil"

"Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Tələb olduqca aşağıdır"

Bunu AzVision.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bazardakı durğunluğun əsas səbəblərindən biri mövcud iqtisadi vəziyyət və son illər kreditlərin ayrılmamasıdır.

"2018-ci ilin əvvəlinə qədər köhnə avtonəqliyyat vasitələrinin qiymətlərində artım var idi, amma son bir neçə ayda stabilləşmə müşahidə edilir. Avtomobil bazarında təqribən 100-ə yaxın avtomarka var ki, onların da 300-dən yuxarısının müxtəlif modelləri mövcuddur. Bu gün əhalini tələbatı dəyəri 20 mindən aşağı avtonəqliyyat vasitələrinədir".

Ekspertin fikrincı, sakinlər daha çox "Mercedes Benz" markalı avtomobillərə üstünlük verirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM