Eldar Əzizov Elmar Vəliyevdən danışdı

09:43 | 09.07.2018
Eldar Əzizov Elmar Vəliyevdən danışdı

Eldar Əzizov Elmar Vəliyevdən danışdı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən silahlı terror hadisəsi ilə bağlı bəzi mətbuat orqanlarında Gəncə şəhərinin sabiq icra başçısı, hazırda Bakı şəhəri Səbail Rayon İcra başçısı Eldar Əzizovun adından münasibət yayımlanıb.


Veteninfo.az-ın müxbiri Eldar Əzizovla görüşməyə nail olub və İH-nin binası qarşısında onunla görüşərək, onun adından baş verən teror hadisəsi ilə bağlı açıqlama yayıldığını və əlavə fikirlərini öyrənmək istəyib.


Səbail Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ümumiyyətlə bu məsələ ilə bağlı hər hansı bir media əməkdaşına müsahibə verməyib və onun adından belə bir açıqlama yayılmasına təccüblənib.


"Mən bütövlükdə baş verən hadisəni pisləyirəm. Bəzi mətbuat orqanları mənim adımdan nəyə əsaslanaraq belə açıqlama yayıblar? Hadisəni törədən şəxs həbs edilib, istintaq aparılır, əlavə şərhə ehtiyac yoxdur”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM