Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyinatı cəmiyyətin böyük əksəriyyəti üçün gözlənilməz oldu. Müvəqqəti də olsa Bakıya rəhbərliyin niyə məhz ona həvalə olunduğu çoxlarını düşündürdü.
"Yeni Müsavat”ın yazdığına ggörə, Sumqayıt kimi iri şəhərdən Bakının bir rayonuna başçı gətirilmiş E.Əzizov bir növ "vurulmuş” kadrlardan hesab olunurdu. Ona birdən-birə Bakıya rəhbərlik kimi strateji vəzifənin həvalə olunması buna görə ciddi rezonans doğurdu.
Ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır, iqtisadiyyatın 80 faizdən yuxarısı Bakıda cəmləşib. Əksər dövlət əhəmiyyətli müəssisələr, istehsal obyektləri, təşkilatlar paytaxtdadır. Bu qədər böyük bir təsərrüfatın uzun müddət başçısız olması ciddi çətinliklər yaradır. Ən azı Bakı ərazisində həyata keçirilən demək olar ki, bütün növ tikinti, bərpa və sair təyinatlı işlər üçün paytaxta rəhbərlik edən şəxsin mövqeyini tələb edən minlərlə sənədləşmələr var. Bu baxımdan, BŞİH başçısı postunun 3 aya qədər boş qalması xeyli problemlər də yaratmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !