Elə şərait yaradılrar ki, uşaqlar məktəbə gedə bilməsin - Deputat

13:29 | 19.04.2024
Elə şərait yaradılrar ki, uşaqlar məktəbə gedə bilməsin - Deputat

Elə şərait yaradılrar ki, uşaqlar məktəbə gedə bilməsin - Deputat

Birinci sinifə gedən uşaqların müsabiqəyə çağrılması səhv addımdır. Bunu deputat Siyavuş Novruzov deyib.
 
"Qanunvericilik deyir ki, 9-cu sinifə kimi qəbul məcburidir. İndi təzə qayda çıxarıblar ki, 1-ci sinifə gedən uşaqları müsabiqəyə çağırırlar. Niyə? Elə şərait yaradılrlar ki, uşaq məktəbə getməsin. Məktəbəqədər təsil müəssislərin sayı da çox azdırsa deməli bu uşaq normal təhsil almalıdır. Hidnsitanda belə bir qayda var idi ki, məktəbə ancaq varlı uşaqları getsin. Sonra bu qaydanı dəyişdilər. Belə olmaz. Uşaqlar üçün şərait yaradılmalıdır. Hərə özündən bir qayda yaradıb məktəblərdə təhsil alınmasına maneəçilik törətməsin", - deputat aprelin 19-da Milli Məclisin iclasında "Təhsil haqqında" qanuna münasibət bildirərkən deyib. 
 
 
 Birinci sinifə qəbul mayın 1-dən başlayacaq. Müsabiqə şərtləri təhsilin digər dillərdə aparılan bölmələrində nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb