Əli Həsənov: Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdu

18:00 | 03.05.2017
Əli Həsənov: Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdu

Əli Həsənov: Bəzi “generallar” milli təhlükəsizlik orqanlarının imicinə ağır zərbə vurdu

"Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi "generallar” ümummilli liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu”.

ANN.Az-ın "Report”a istinadən xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında deyib.

Ə.Həsənov bu əməlin səbəbini də açıqlayıb: "Bilirsinizmi bu niyə belə oldu?! Çünki belələrinin qəlbində ümummilli lider Heydər Əliyevə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi. Amma Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə, nə də milli ziyalıların sırasına qoşula bildilər”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb