Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun "Amerikanın səsi” radiosunda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Ə.İnsanovun sonuncu bəyanatında səsələndirdiyi fikirlərlə həyatı bir-birinə ziddiyyət təşkil edir:
"Azərbaycan xalqı onun Səhiyyə naziri olarkən bu sahəni bərbad vəziyyətə qoyması, insanlara qarşı kobudluğu, mətbuata qarşı aqressiyasını unutmayıb. Uzun müddət Heydər Əliyev siyasətini müdafiə edən insanın birdən-birə ona qarşı çıxması, Azərbaycanda hər şeyin bərbad olduğunu iddia etməsi onun xarakterinin dəyişmədiyini göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !