Elçin Hüseynbəyliyə Yazıçılar Birliyində yeni vəzifə

14:43 | 05.11.2014
Elçin Hüseynbəyliyə Yazıçılar Birliyində yeni vəzifə

Elçin Hüseynbəyliyə Yazıçılar Birliyində yeni vəzifə

Bu yaxınlarda “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsindən istefa verən Elçin Hüseynbəylinin Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri təyin olunduğu haqda məlumat yayılıb. Elçin Hüseynbəyli bu xəbəri təsdiq etməsə də, Modern.az-a daxil olan məlumata görə, o, gələn həftənin əvvəlindən müşavir kimi AYB-də fəaliyyətə başlayacaq. AYB-nin birinci katibi Fikrət Qoca da Modern.az-ın əməkdaşı ilə söhbətində bu məlumatı nə təsdiq, nə də təkzib edib.Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyində son illərdə həyata keçirilən təyinatlar və yeniliklər ancaq inkişafa xidmət edib: “Bizim də istədiyimiz budur. Nisbətən gənclər yeni vəzifələrə təyin olunur, bu da çox yaxşı haldır. Son bir ildə İlqar Fəhmi katib gətirilib. Kifayət qədər istedadlı insandır. AYB-yə çox faydası dəyəcək. Daha sonra Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru oldu. Gördüyünüz kimi, jurnal tamamilə müsbət istiqamətdə dəyişdi. “Ədəbiyyat” qəzetində də nisbətən gənc qələm adamı var. Bunlar hamısı öz işini görəcək. Yaşlaşmışıq, istəyirik ki, bizdən sonra da Azərbaycan Yazıçılar Birliyinə fayda verən adamlar olsun”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb