Elman Rüstəmov ilin ən yaxşı baş bankiri reytinqində geriləyib

17:04 | 05.09.2016
Elman Rüstəmov ilin ən yaxşı baş bankiri reytinqində geriləyib

Elman Rüstəmov ilin ən yaxşı baş bankiri reytinqində geriləyib

"Global Finance" jurnalı "The World’s Central Bankers 2016" reytinqini açıqlayıb.
 
"APA-Economics" xəbər verir ki, reytinqdə ənənəvi olaraq dünyanın mərkəzi banklarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilib.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "D" reytinqinə layiq görülüb. Qeyd edək ki, ötən il jurnal Azərbaycanın baş bankirinə "C" reytinqi verib. Beləliklə, E. Rüstəmov reytinqdə geriləyib. Nəşr Azərbaycanı Asiya ölkələri sırasında göstərib. E. Rüstəmov isə həmin regionda ən aşağı reytinq alan baş bankirdir. Həmin bölgənin ən yaxşı baş bankiri Filippin Mərkəzi Bankının rəhbəri Amando Tetanqkodur (Amando Tetangco).
 
Həmin regionda göstərilən Avstraliya, Şri-Lanka, Banqladeş, Malayzaiya, Vyetnam və Hindistanın baş bankirlərinə reytinq verilməyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb