Elmar Hüseynovun doğum günü qeyd edildi - Fotolar

16:55 | 17.07.2015
Elmar Hüseynovun doğum günü qeyd edildi - Fotolar

Elmar Hüseynovun doğum günü qeyd edildi - Fotolar

Bu gün mərhum jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Yaşasaydı, 48 yaşını qeyd edəcəkdi.
 
ANN.Az xəbər verir ki, doğum günü ilə əlaqədar media və ictimaiyyət nümayəndələri mərhum jurnalistin məzarını ziyarət edərək qəbri üstünə gül dəstələri qoyublar. Tədbirdə iştirak edən ictimai xadimlər, jurnalistlər, Elmar Hüseynovun yaxınları və dostları onunla bağlı xatirələrini söyləyiblər. 

Qeyd edək ki, Elmar Sabir oğlu Hüseynov 1967-ci ildə Bakıda anadan olub. Orta məktəbi 1983-cü ildə bitirən Elmar Hüseynov elə həmin ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. O jurnalistikaya 1990-cı illərdə gəlib. Bir neçə rusdilli media qurumlarında çalışan Hüseynov daha sonra "Monitor" jurnalını təsis edib və mətbuatda kəskin, tənqidi mövqe nümayiş etdirən yazıları ilə çıxış edib. O 2005-ci ilin 2 mart tarixində yaşadığı evin blokunda odlu silahdan açılan atəşlə qətlə yetirilib. O zamandan cinayətin üstü hələ də açılmayıb. Bu hadisədən sonra jurnalistin həyat yoldaşı Ruşaniyə Hüseynova yeganə övladı Aslanla Norveçə mühacirət edib.
 
ANN.Az-ın əməkdaşının tədbirdən çəkdiyi fotoları sizlərə təqdim edirik: 
 
Fotoların müəllifi: Fərqanə Novruzova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb