Elmar Məmmədyarov: Ermənistan Qarabağda sülhdən imtina etdi

15:14 | 18.03.2015
Elmar Məmmədyarov: Ermənistan Qarabağda sülhdən imtina etdi

Elmar Məmmədyarov: Ermənistan Qarabağda sülhdən imtina etdi


Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı ilə Bakıda keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur:

"Bəlkə bu, daxili auditoriya üçündür. Həmsədrlərin sonuncu səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrupunun yaranması təklif olundu. Bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq.

Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır!”

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb