Elmar Məmmədyarov Kiyevə getdi

20:18 | 04.12.2013
Elmar Məmmədyarov Kiyevə getdi

Elmar Məmmədyarov Kiyevə getdi

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir. Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır. Qeyd edək ki, Azərbaycan XİN başçısının Kiyevdə erməni həmkarı Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb