Elmar Məmmədyarov: Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır

14:53 | 01.06.2015
Elmar Məmmədyarov: Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır

Elmar Məmmədyarov: Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı artıq yetişib. Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlә görüşdə bildirib.

E.Məmmədyarov qeyd edib ki, ATƏT sədrindən həmçinin İrəvana səfəri çərçivəsində Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə toxunmağı xahiş edib:

"Onlar tezliklə öz vətənlərinə qayıtmalıdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM