Elnur Hüseynzadə ailəsinə məktub göndərib

13:22 | 02.12.2017
Elnur Hüseynzadə ailəsinə məktub göndərib

Elnur Hüseynzadə ailəsinə məktub göndərib

Bu ilin fevral ayında cəbhənin Talış kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

Bu barədə AzVision.az-a girovun atası Elman Hüseynzadə bildirib: "20 gün əvvəl Elnurdan məktub almışıq. Məktubda vəziyyətinin normal olduğunu qeyd edib. Hər kəsə salam deyib. Beynəlxalq təşkilatın vasitəsi ilə Elnura cavab məktubu yazmışıq”.

Xatırladaq ki, Elnur Hüseynzadə bu ilin fevral ayında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Onun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb