“Çelsi” – “Qarabağ” oyununu izləmək istəyənlərə şad xəbər

23:10 | 29.08.2017
“Çelsi” – “Qarabağ” oyununu izləmək istəyənlərə şad xəbər

“Çelsi” – “Qarabağ” oyununu izləmək istəyənlərə şad xəbər

Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi" – "Qarabağ" oyunu keçiriləcək

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi" – "Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

İstiPress xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi" – "Qarabağ" oyunu keçiriləcək.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb