Əlverişsiz hava şəraiti İstanbul-Bakı reysini təxirə saldı

11:43 | 27.01.2016
Əlverişsiz hava şəraiti İstanbul-Bakı reysini təxirə saldı

Əlverişsiz hava şəraiti İstanbul-Bakı reysini təxirə saldı

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar 28 yanvara təyin olunmuş İstanbul-Bakı reysini təxirə salıb. 

Trend-in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.

"Türkiyə Hava Yolları" təyyarəsinin İstanbuldan uçuşu yanvarın 28-də yerli vaxtla səhər saat 08:15-ə təyin olunmuşdu.

İstanbul-Bakı və Bakı-İstanbul reysləri üzrə bütün digər uçuşlar müvafiq cədvəl üzrə qüvvədə qalıb.

Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar "Türkiyə Hava Yolları" aviaşirkəti tərəfindən təxirə salınan reyslərin sayı artıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM